İnsan resursları üzrə mütəxəssis (Sumqayıt)
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.
Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.
İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.
Tələblər:
• İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
• Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır.
• MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
• AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
• Miqrasiya məcəlləsini bilməli;
Vəzifə öhdəlikləri:
• Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması;
• Əmək kitabçalarına qeydiyyatların aparılması;
• Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
• İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
• İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
• Fabrikdə yaranan vakant yerlər üzrə namizədlərlə ilkin müsahibələrin təşkili və seçimin aparılması,
• Yeni işə qəbul olunan əməkdaşlarla bağlı bütün sənədləşmə və adaptasiya proseslərinin icrası,
• Təlim şöbəsi tərəfindən təşkil olunan tədrislərin fabrikdə keçirilməsinin təşkili və təlim məlumatlarının sistemə daxil edilməsi,
İş Qrafiki: Həftə içi 5 gün
İş yeri: Sumqayıt Şəhəri
🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis (Sumqayıt)– 28650” qeyd etməyiniz xahiş olunur.