Talep No:  26757

İnspektor

Müəssisə:  Baki Gida və Yağ Fabriki

Tələblər:

  • Ali təhsil: (Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Maşınqayırma mühəndisliyi üzrə)
  • Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır)
  • ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər
  • MS Office proqramlarında işləmək bacarığı
  • Diqqətli, məsuliyyətli və analitik düşünmə bacarığı
  • Komandada işləmək və texniki sənədlərlə işləmək qabiliyyəti
  • Laboratoriya cihazları və analiz üsullarını yaxşı bilmək.
  • Nümunə götürmə metodları və analiz sıxlıqları barədə məlumatlı olmaq.
  • Reaktiv maddələr və laboratoriya analizləri barədə biliklərə malik olmaq.
  • Ring testlərinin aparılması və nəticələrinin qiymətləndirilməsi bacarığı.
  • Məhsulların qablaşdırılması və markalanması barədə məlumatlı olmaq.
  • Degustasiya və sensor analizlərdə təcrübə.

 

 

Əsas vəzifə öhdəlikləri:

 

  • Prosesin keyfiyyət göstəricilərinə əsaslanaraq istehsal prosesini idarə etmək, uyğun olmayan məhsulların və proseslərin dayandırılmasına qərar vermək.
  • Uyğunsuz məhsulların, yarımfabrikatların və qatqı maddələrinin bloklanması, geri qaytarılması və istehsaldan kənarlaşdırılmasına nəzarət etmək.
  • Növbə rəisləri və operatorlara keyfiyyətlə bağlı təlimatlar vermək, onların işini yönləndirmək.
  • İşçi sağlamlığı, iş təhlükəsizliyi, sanitariya və ekologiya qaydalarına riayət olunmasını təmin etmək.
  • Laboratoriya analizlərinin düzgün aparılmasını, analiz nəticələrinin vaxtında və dəqiq qeyd edilməsini təmin etmək.
  • Nümunə götürülməsi, analiz proseslərinin və laboratoriya avadanlıqlarının düzgün işlədilməsini nəzarətdə saxlamaq.
  • Dad və qoxu testləri aparmaq, nəticələri sənədləşdirmək və məhsulun keyfiyyətinə nəzarət etmək.
  • Proses zamanı yarana biləcək keyfiyyət pozuntularını aşkar edib, səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üçün tədbirlər görmək.
  • Kritik nəzarət nöqtələrinin (KKN) və anbar şəraitinin temperatur, nəm kimi parametrlərinin uyğunluğunu yoxlamaq, uyğunsuzluq hallarında dərhal tədbir görmək.
  • Məhsulun izlənəbilirliyini təmin etmək üçün zəruri məlumatların mövcudluğunu nəzarətdə saxlamaq.
  • Keyfiyyət planına əsasən müxtəlif laboratoriya və mikrobioloji analizlərin aparılması üçün nümunələrin götürülməsi, saxlanması və hesabatların hazırlanmasını təmin etmək.
  • İstehsal avadanlıqlarının təmizliyinə, ölçü alətlərinin düzgün işləməsinə nəzarət etmək.
  • Qablaşdırma, qatqı maddələri və digər proses materiallarının keyfiyyətinə nəzarət etmək, uyğunsuzluq aşkarlandıqda istehsalın dayandırılması barədə qərar vermək.
  • Düzəldici və önləyici fəaliyyət formalarının hazırlanmasını təşviq etmək və icrasını izləmək.
  • Laboratoriya sahəsi rəhbərliyinin verdiyi tapşırıqları icra etmək və nəticələr barədə yazılı məlumat vermək.
  • İş prosesində sanitar-gigiyena qaydalarına və şəxsi qoruyucu vasitələrdən istifadə qaydalarına riayət olunmasına nəzarət etmək.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə İnspektor (Sumqayıt) - 26757” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.

 

İş Qrafiki:

  • Növbəli iş qrafiki

 

İş Yeri: Sumqayıt

Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.