ƏMTT üzrə mütəxəssis ( SƏTƏM )

Müəssisə:  AZ KAĞIZ VƏ KARTON MMC

Vakansiya: ƏMTT üzrə mütəxəssis ( SƏTƏM )

Tələblər:

• Ali təhsilli olmalı;
• Aidiyyatı sahə üzrə minimum 2-3 il iş təcrübəsi olmalı;
• Ofis proqramlarında işləməyi bacarmalı;
• Kollektivlə işləmək bacarığı;
• Normativ sənədlərlə işləməyi bacarmalıdır.
• B kateqoriyası sürücülük vəsiqəsi.
• Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
• Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı olmalıdır

 

İş haqqında məlumat: 

• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
• İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
• İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
• İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
• İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
• Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “ƏMTT üzrə mütəxəssis ( SƏTƏM )" qeyd etməyiniz xahiş olunur.
 

İş Qrafiki: Həftə içi 5 gün 
 
İş Yeri: Bakı və Sumqayıt şəhərləri

 
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.