Avtokar sürücüsü

Müəssisə:  Baki Gida və Yağ Fabriki

Tələblər: 

  1. 25-45 yaş aralığında kişilər;
  2. Ən azı bu sahədə 1-2 il iş stajı tələb olunur;
  1. Avtokarların idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunur;
  2. Reachtruck tipli avtokarı idare etmeyi bacarmalı;
  1. Avtokarın istifadə məqsədini, texniki xüsusiyyətlərini bilməli;
  2. Yüklərin növlərini, ağırlıqlarını və qaldırma nöqtələrini bilməli;
  3. Avtokarın texniki detallarının iş prinsiplərini bilməli;

 

İş haqqında məlumat:

  1. Gələn malların aid olduğu anbarlara boşaldılması və anbar içindəki uyğun dayanacaq yerlərinə daşınmasını etmək;
  2. Gündelik istehsal edilen mehsul paletlerini rəflərə (ən az 3-cü mərtəbəyə qədər) qaldırmalı;
  3. Yükləmə bölgələrinə gələn vasitələrə məhsulların yükləməsini etmək;
  4. İstehsal sahələrinin ehtiyacı olan malları anbardan sahələrə daşımaq;
  5. Anbar daxilində düzənləmə və yer dəyişdirmələri etmək;

 

İş şərtləri:

 

-3 növbəli iş rejimi

-Yemək təminatı

-İşə gediş-gəliş üçün servis təminatı

 

İş yeri: "Bakı Qida və Yağ Fabriki" MMC

Ünvan: Sumqayıt şəhəri,Hacı Zeynalabdin Tağıyev qəsəbəsi,“ Azərsun Sənaye Parkı”

"Bakı Qida və Yağ Fabriki" MMC-nin geniş istehsal dairəsi vardır. Dünya bazarlarının çoxunu fəth etmiş "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarının 1996-cı ildən Bakıda istehsalı başlanılıb. "Bakı Qida və Yağ Fabriki" MMC-də yenidənqurma işlərinin aparılması və avadanlığın tam müasir tələblərə uyğunlaşdırılması buna zəmin yaratmışdır.

Burada “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemləri qurulmuşdur. Bu yeni sistem ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.

Zavod ən yüksək standartlara uyğun duru və bitki yağları müxtəlif dövlətlərin mükafat və diplomlarına layiq görülüb, bir çox sərgi və müsabiqələrin qalibi olmuşdur.