Elektrik-elektronçu

Müəssisə:  Baki Gida və Yağ Fabriki

Vakansiya: Elektrik-elektronçu
Tələblər:

 •   Müvafiq sahə üzrə ali təhsil
 •   Aidiyyatı sahədə minimum 1 il təcrübəsi olmalı
 •   Məhsuliyyətli və diqqətli olmalı
 •   Elektrik çertyojlarını oxumağı bacarığı
 •   Ölçü cihazları və əl cihazları, mikrokontrollerlər, platalar ilə işləmə bacarığı.
 
İş haqqında məlumat: 
 •   Elektrik təchizatı şəbəkələrini elektrik avadanlıqlarına birləşdirmək, avadanlıq və dəzgahlara  cari texniki xidmət göstərilməsini və təmir işlərini yerinə yetirmək.
 •   Müxtəlif cihazlardan istifadə etməklə şəbəkələrin gərginlik, cərəyan, müqavimət və faza bucağı kimi elektrik xüsusiyyətlərini sınaqdan keçirmək.
 •   Alət və avadanlıqlardan istifadə etmək və texniki xidmət göstərmək.
 •   Hava soyuducu və qızdırıcı avadanlıqları, buzlaşdırıcıları, isti su qızdırıcılarını, çillerlər və bu kimi avadanlıqları quraşdırmaq, onlara xidmət göstərmək və təmir etmək .
 •   Elektrik yükünü generatorun həcminə uyğun saxlamaq və ya tənzimləmək üçün idarəetmə lövhəsində olan idarəetmə pultlarını hərəkətə gətirmək.
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Elektrik-elektronçu" qeyd etməyiniz  xahiş olunur.
 
İş Qrafiki: 
- 3 növbəli iş rejimi. 1-ci növbə (07:00 - 15:00 ) 2-ci növbə  (15:00 - 23:00 ), 3-cü növbə  (23:00 - 07:00 )
İş Yeri: 
- Sumqayıt şəhəri

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.