Talep No:  28272

Elektrik

Müəssisə:  AZ KAĞIZ VƏ KARTON ASC

Ümumi məlumatlar

 

  • Texniki sahə üzrə ən az orta-ixtisas təhsilli olmalı;
  • İstehsalat sahəsində Elektrik olaraq ən az 2 illik iş təcrübəsi olmalı;
  • İstehsalat sahəsində olan motorlarının(1-3-fazlı) və tranformatorların iş prinsipi, təyinatı, seçilməsi, istismar şərtləri, tamir-baxım işlərini aparmağı, şəbəkəyə quşulma üsullarını, işə buraxılması zamanı keçid preoseslərini bilməli;
  • İstehsalat sahəsində sahələrində yerləşən elektrik panolarının iş prinsipini, təyinatı, seçilməsi, istismar şərtləri, tamir-baxım işlərini aparmağı bilməli;
  • 0.4-35Kv gərginlikli yarımstansiyalarda qoşma və ya açma, torpaqlama əməliyyatlarını bilməli;
  • Maşın və avadanlıqların elektrik hissələrinin funksional sxemlərinin qurulmasını bilməli;

 

İş haqqında məlumat

 

  1. İstehsalat sahəsində olan bütün motorların təmir, sazlama, sınaq işlərini aparmaq.Təhlükəsiz istismarına nəzarət etmək.
  2. Elektrik panoları daxilində olan bütün kamutasiya və güc dövrəsinə texniki xidmət göstərmək, qəzalı vəziyyətdə olan detalları təyin edərək təmir və ya yenilənməsini həyata keçirmək
  3. İşıqlandırma sistemində yaranan problemləri aradan qaldırmaq
  4. Hava kompressorlarına operator xidməti göstərmək, elektrik problemlərini həll etmək, mexaniki problemlər haqqında mexaniki bölümə şifahi və uyğun proqram üzərindən tələb açmaq.
  5. Yanğın siqnalizasiya sisteminin davamlı aktiv vəziyyətdə olmasına nəzarət etmək, baş verən qəza vəziyyəti ilə bağlı səlahiyyətli şəxslərə məlumat vermək.
  6. 1000V-a qədər olan kabel xətlərinin bağlantısını etmək.
  7. Təchizat və qurğularda elektrik kabel xətlərinin montajı, demontajı və bağlantılarını etmək və ya prosesdəki dəyişikliklərdə elektrik avadanlıqının proyektləşdirilməsi, yerləşdirilməsi, montaj, demontajında iştirak edib, tətbiqləri yoxlamaq.

 

İş şəraiti

6 günlük iş qrafiki

Yemək təminatı

İşə gediş-gəliş üçün servis təminatı