Fəhlə (istehsalat)
Tələblər:
- Fiziki cəhətdən sağlam və işləmə qabiliyyətli olmalı,
- Məsuliyyətli və diqqətli olmalı.
İş haqqında:
- Karton qutuları səliqəli formada bağlamaq,
- Qutulara yığılan məhsulları qram göstəriciləri yoxlanıldıqdan sonra qutuları streç dəzgahına düzmək,
- Bağlanan qutuları paletlərə (yük daşıma maşınına) yerləşdirmək,
- Paletlərin saxlama anbarında səliqəli bir şəkildə yerləşdirmək,
- Verilmiş İş Paltarına (Uniforma) uyğun olaraq geyinmək və istehsalatda gigiyena qaydalarına riayət etmək
İş şəraiti
3 növbəli iş rejimi
Yemək təminatı
İşə gediş-gəliş üçün servis təminatı
İş şəraiti
Sumqayıt şəhəri
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC şirkəti 25.01.2007 tarixində Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Şirkət hal hazırda Sumqayıt şəhəri, Mil küçəsi, giriş 18 ünvanında yerləşən "Azərsun Sənaye Parkın"da fəaliyyət göstərir.
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC şirkəti Azərbaycan Respublikasında kağız, karton və təmizlik vasitələri istehsalı sahəsində fəaliyyət göstərir. Şirkətin Azərbaycan Respublikasında həyata keçirməyə planlaşdırdığı layihələr (Layihə-smeta, texnoloji, konstruktor, müxtəlif mühəndis innovasyon) xüsusi texnologiya ilə işlənməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının prinsiplərinə uyğun olaraq fəaliyyət göstərən “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC qısa zamanda qabaqcıl və dünya bazarına çıxacaq bir şirkətə çevrilməsi üçün qarşıya bir sıra məqsədlər qoymuşdur.