Mikrobioloq

Müəssisə:  Baki Gida və Yağ Fabriki

Vakansiya: Mikrobioloq

Tələblər:

• Mikrobiologiya, Biologiya və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi

• Mikrobiologiya laboratoriyasında ən azı 1 il iş təcrübəsi

• Mikrobioloji analizlərin aparılması və nəticələrin qiymətləndirilməsi bacarığı

• Təhlükəsizlik və Əməyin Mühafizəsi Qaydaları haqqında biliklər

• İş təhlükəsizliyi - İşçi sağlamlığı, Sanitariya və Ekologiyanın Mühafizəsi tədbirlərini haqqında biliklər

 

İş haqqında məlumat:

• Müəssisə daxilində Mikrobioloji laboratoriyada xam maddələrin, yardımçı maddələrin, istehsal suyu və içməli suyun, yumadan sonra makina və avdanlıqlardan svab nümunələrinin, iş prosesi zamanı işçilərin əllərindən svab nümunələrinin, hazır məhsul nümunələrinin analiz planına uyğun periodlarda analizini həyata keçirmək;

• Etdiyi analizlərin nəticələrinin qeydlərini aparmaq, analiz nəticələrini ən qısa zamanda məsul şəxslərə çatdırılması

• Mikrobioloji laboratoriyada iş təlimatlarının yazılmasını və vaxtaşırı tələb olunan dəyişikliklərin aparılmasını həyata keçirmək

• İstehsalatda, keyfiyyətə nəzarət məqsədi ilə, analiz planında tələb olunan yerlərdə AZS – İSO standartlarına uyğun müayinə analizləri aparılması

• Müəssisə daxilində mümkün mikrobioloji risk yarada bilən nöqtələri aşkar edilməsi

• İstehsalatda, depolarda və laboratoriyada havanın mikrobioloji normalara uyğun olmasını yoxlamaq, analiz nəticələri haqqında məlumat vermək

• Satışdan toplanmış, müştəri şikayəti gəlmiş yoxlanılması tələb olunan məhsulların mikrobioloji analizini etməli, qeydləri məsul şəxslərə göndərilməsi

• Analiz metodları üzərində işləməklə daha müasir, sərfəli və tez cavab verən metodların istifadəsini təmin etmək

• Mikrobioloji laboratoriyaların qida mühiti və reaktiv sərfiyyatını nəzarətdə saxlamalı, vaxtında sifarış edilməsini təmin etmək

• Laboratoriyadakı avadanlıqları siyahılaşdırıb, vaxtaşırı avadanlıqların düzgün işlədiyini müəyyən vasitələrlə nəzarətdə saxlamalı və istifadədən sonra təmizliyini təmin etmək

 

İş Qrafiki: Həftə içi 5 gün 
İş Yeri: Bakı şəhəri 

 

 Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına email-in mövzu hissəsində “Mikrobioloq” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

 

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.