Talep No:
29720
Nəzarət ölçü cihazları üzrə mütəxəssis
Müəssisə:
Bakı Qida ve Yağ Fabriki
Tələblər:
- Ali təhsilli olmalı. (avtomatika, energetika və ya əlaqədar texniki sahə üzrə)
- Sahə üzrə 1 - 2 il iş təcrübəsi.
- Kalibrasiya, sazlama və diaqnostika sahəsində praktiki təcrübə.
- Texniki təhlükəsizlik qaydalarını bilmə və tətbiq etmə bacarığı.
- Komanda ilə işləmə və operativ problem həll etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Manometr, vakummetr, termometr, ampermetr, voltmeter və müqavimət ölçənlər ilə PT-100, TCП, TCM termo sensorlar və flowmetrelərin kalibrləmə-yoxlama metodlarını bilməli.
- Avadanlığın təmir və ölçü cihazlarının yoxlanma (xətalara görə) qrafiklərinin tətbiqini bilməli.
- 4-20 mA analog dönüşdürücülərin prosesə uyğun kalibrləmə və PLC ilə qoşulmaq sxemlərini bilməli.
- Sahə cihazlarının texnologi proseslərə uyğun yerləşdirilməsini bilməli.
- Avtomatik idarəetmədə yeni texnologiyaların tətbiqini bilməli.
- Avadanlıq və cihazların texniki xarakteristikalarını və konstruktiv xüsusiyyətlərini bilməli.
- Mürəkkəb funksiyalı avtomatlaşdırılmış cihazların, aparatların istifadə qaydalarının və tətbiqini bilməli.
- İş təhlükəsizliyi-İşçi sağlamlığı, sanitariya və Ekologiyanın Mühafizəsi tədbirlərini bilməli.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Sumqayıt şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Nəzarət ölçü cihazları üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.