Operator (İstehsalat)

Müəssisə:  AZ KAĞIZ VƏ KARTON MMC

 Operator (İstehsalat) 

 

Tələblər:

 

-Avtomatik, elektron cihazların sadə xüsusiyyətlərini bilməli;

-İstehsalatda olan iş ardıcıllığını hərəkət sxemasına uyğun istifadə etməyi bilməli;

-İstehsalın texnoloji, keyfiyyət və istehsal qəbul/imtina dəyərlərini bilməli;

-İş təhlükəsizliyi-İşçi sağlamlığı, sanitariya və Ekologiyanın Mühafizəsi tədbirlərini bilməli;

-Məhsuliyyətli və diqqətli olmalı;

-Komanda ilə işləmə bacarığı;

 

İş haqqında:

 

  1. Avadanlıqları təmiz saxlamaq və periyodik nəzarəti etmək və çıxacaq problemi müəyyən edərək məhsula zərər dəymədən aradan qaldırmaq;
  2. Istehsal ve paketleme maşınların işə salınması, köməkçi material hazırlığı, istehsal ehtiyyatlarinin gorulmesi, istehsal davamlığına nəzarət etmek;
  3. Növbə ərzində verilen plana göre məhsulları istehsal etmək və iş sonunda istehsal hesabatını vermək;
  4. İdarəetmə panelində istehsal maşının işləyişi və maşında olan xətalara qarşı alınacaq tədbirləri bilməlidir:

 

İş Şərtləri:

 

-3 növbəli iş rejimi

-Yemək təminatı

-İşə gediş-gəliş üçün servis təminatı

 

 

“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC şirkəti  25.01.2007 tarixində Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Şirkət hal hazırda Sumqayıt şəhəri Mil küçəsi, giriş 18 ünvanında fəaliyyət göstərir.

“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC  şirkəti Azərbaycan Respublikasında kağız, karton və təmizlik vasitələri istehsalı  sahəsində fəaliyyət göstərir. Şirkətin Azərbaycan Respublikasında həyata keçirməyə planlaşdırdığı layihələr (Layihə-smeta, texnoloji, konstruktor, müxtəlif mühəndis innovasyon) xüsusi texnologiya ilə işlənməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının prinsiplərinə uyğun olaraq fəaliyyət göstərən “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC  qısa zamanda qabaqcıl və dünya bazarına çıxacaq bir şirkətə çevrilməsi üçün qarşıya bir sıra məqsədlər qoymuşdur.