Qazanxana/Kompressor operatoru 1
Tələblər
- 25-45 yaş aralığında kişilər;
- Texniki sahə üzrə ən az orta-ixtisas təhsilli olmalı;
- İstehsalat sahəsində Kompressor operatoru olaraq ən az 2 illik iş təcrübəsi olmalı;
- NH₃, hava və freon kompresorlarının dəqiq xüsusiyyətlərini və işlədilməsini bilməli;
- Buxarlandırıcı kondensatorun, amonyaklı hava ayırıcının iş prinsipini bilməli;
- Soyuducu maşının iş periodunu ammonyak diyagramından oxumağı bilməli;
- Su soyutma qülləsinin buxarlanma metodu, fiziki və kimya əsaslarını bilməli;
- Solenoid klapan və digər nəzarət ölçü cihazlarının iş prinsipini bilməli;
- İş əsnasında soyuducu maşını məhsuldarlığının işçi parametrlərinin əsli dəyişmə səbəblərin bilməlii;
- Termodinamika və hidravlika teknikasının əsasları, soyuq alma prosesinin iş prinsipini bilməli;
İş haqqında məlumat
- Amonyak, freon və propilen soyuducu ilə hava kompresor və sahə üçün lazımlı suyun miqdarına nəzarət etmək;
- Kompresor və köməkçi maşin və avadanlığın optimal iş rejiminə nəzarət etmək;
- Proses göstəricilərini və prosesin gedişatını izləmək və lazımlı qeydləri tutmaq;
- Kompresor montaj və demontajında test işlərində iştirak etmək;
- Kompresor, nasos və havavuran çalışma vəziyyətini izləmək, elektrik avadanlıqlarının yüklənməsinə yol verməmək;
- Buxarlandırıcı kondensatörün, gıdalandırıcının və geri dönən suyun göstəricilərinə nəzarət etmək;
İş şəraiti
3 növbəli iş rejimi
Yemək təminatı
İşə gediş-gəliş üçün servis təminatı
İş yeri: "Bakı Qida və Yağ Fabriki" MMC
Ünvan: Sumqayıt şəhəri,Hacı Zeynalabdin Tağıyev qəsəbəsi,“ Azərsun Sənaye Parkı”
"Bakı Qida və Yağ Fabriki" MMC-nin geniş istehsal dairəsi vardır. Dünya bazarlarının çoxunu fəth etmiş "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarının 1996-cı ildən Bakıda istehsalı başlanılıb. "Bakı Qida və Yağ Fabriki" MMC-də yenidənqurma işlərinin aparılması və avadanlığın tam müasir tələblərə uyğunlaşdırılması buna zəmin yaratmışdır.
Burada “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemləri qurulmuşdur. Bu yeni sistem ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.
Zavod ən yüksək standartlara uyğun duru və bitki yağları müxtəlif dövlətlərin mükafat və diplomlarına layiq görülüb, bir çox sərgi və müsabiqələrin qalibi olmuşdur.