SƏTƏM üzrə mütəxəssis

Müəssisə:  AZ KAĞIZ VƏ KARTON MMC

Vakansiya: Sətəm üzrə mütəxəssis

Tələblər:

  • Kimya, Fizika, Qida mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • SƏTƏM və əməyin mühafizəsi sahəsində ən azı 2-3 il təcrübə.
  • Microsoft Office (Excel, Word) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı.
  • Təhlükəsizlik qaydalarına riayət etmə və müvafiq prosedurları izləmək bacarığı.
  • Komanda ilə işləmək və liderlik bacarıqları.
  • NEBOSH və ya İSO 45001 kimi müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.
  • İngilis və Rus dili bilikləri üstünlükdür.

 

Vəzifə Öhdəlikləri:

  • Müəssisənin bölmələrində əmək şəraitinin və əməyin mühafizəsi vəziyyətinin yoxlanılması və mövcud qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
  • Əməyin mühafizəsi üzrə pozuntuların aradan qaldırılması məqsədilə struktur rəhbərlərinə icrası məcburi olan göstərişlərin verilməsi;
  • Əməyin mühafizəsi üzrə təlimatların hazırlanmasında iştirak və işçilərə metodiki dəstəyin göstərilməsi;
  • İşçilərlə ilkin, təkrar və planlaşdırılmamış təlimlərin təşkili, giriş təlimatlarının keçirilməsi;
  • Peşə xəstəlikləri və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhlili, səbəblərin araşdırılması və qabaqlayıcı tədbirlərin görülməsi;
  • Texniki vasitələrin, binaların və avadanlıqların əməyin mühafizəsi standartlarına uyğunluğunun yoxlanılması;
  • Müvafiq hesabatların, aktların, protokolların və digər sənədlərin hazırlanması və arxivləşdirilməsinin təşkili;
  • Təhlükəli və zərərli istehsalat amillərinin müəyyən edilməsi və nəzarətdə saxlanılması;
  • İşçilərin məktublarına, şikayətlərinə baxılması və aradan qaldırılması üçün təkliflərin verilməsi;
  • Əməyin mühafizəsi üzrə təbliğat işlərinin təşkili, vizual materialların, video və çap vasitələrinin hazırlanmasında iştirak;
  • Tikinti və yenidənqurma obyektlərinin istismara qəbul komissiyalarında iştirak;

 

İş vaxtı:

  • 5 günlük iş rejimi
  • İstirahət günü: Şənbə və Bazar günü

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar xidməti şirkət tərəfindən təmin edilir.
  • Əmək mühafizəsi, sanitar-gigiyena və digər sosial təminatlar.

 

İş yeri:

  • Sumqayıt şəhəri

 

Müraciət:

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçtuna göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində "SƏTƏM üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.