Talep No:
26749
Siğorta satışı üzrə mütəxəssis - (Sumqayıt nümayəndəliliyi)
Müəssisə:
AZ SƏNAYE SIĞORTA ASC
Müəssisə: Azərbaycan Sənaye Sığorta ASC
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş satış planın reallaşdırılmasını təmin etmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək, müştərinin ziyarətinə getmək, məhsullarla bağlı ətraflı məlumat vermək, məhsulun üstünlüklərini çatdırmasını təmin etmək;
- Satış proseslərini reallaşdırılmaq;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Təhkim edilmiş ərazidə satış həyata keçirmək;
- Fərdi/ korporativ görüşləri həyata keçirmək və tabe olduğu səlahiyyətli şəxsi keçirilən görüşlərin nəticəsi ilə əlaqədar məlumatlandırmaq;
- Müştərilərin hansı sığorta şirkətləri ilə çalışdığını öyrənmək və bu şirkətlərdə gördükləri müsbət və mənfi cəhətləri əldə etmək;
- Sığortaların yenilənməsini həyata keçirərəkən, sığorta müqaviləsinin müddəti bitmiş müştərilərin siyahısını tutmaq və yeni təkliflər etmək;
- Sistem üzərində sığortalıları izləmək və sığorta müqaviləsinin müddəti bitməsinə az qalmış müştəriləri müəyyən edərək müqavilələrini təzələmək məqsədi ilə görüşmək;
- Turizm şirkətlərinə səfər etmək və səyahət sığortası ilə əlaqədar təkliflər etmək;
- Uçot və nəzarət xarakterli hesabatları hazırlamaq;
- Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib etmək, uçot aparmaq və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin etmək.
Tələblər:
- Orta təhsil;
- 1 il sığorta sahəsində iş təcrübəsi;
- Kompüter bacarıqları: Microsoft Office
- Dil bilikləri: Rus dili, Türk dili orta səviyyədə;
Biz nə təklif edirik:
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur.
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.
- İş mühiti: Regionun aparıcı siğorta şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mədəniyyət.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Siğorta satışı üzrə mütəxəssis (Sumqayıt nümayəndəliliyi) - 26749" qeyd etməyiniz xahiş olunur.