Talep No:  31012

Texniki Mühəndis Sumqayıt

Müəssisə:  Bakı Qida ve Yağ Fabriki

               

“Azersun Holdinq” haqqında

Azersun Holdinq 1991-ci ildə əsası qoyulmuş, ölkənin ən böyük qeyri-neft sənaye qruplarından biridir. Şirkət qida sənayesi, kənd təsərrüfatı və pərakəndə satış sahələrində fəaliyyət göstərərək yüksək keyfiyyət standartları, innovativ idarəetmə yanaşması və davamlı inkişaf strategiyası ilə tanınır. Geniş istehsal və logistika infrastrukturu, eləcə də güclü insan kapitalı ilə bazarda lider mövqeyə malikdir və hazırda komandasına peşəkar əməkdaşlar axtarır.

       

      Tələb olunan bilik və bacarıqlar                              

  • Təhsil - Ali təhsilli.
  • İxtisas Texniki sahə üzrə.
  • Təcrübə - Ən azı bu sahədə  3 il  stajı tələb olunur.
  • Dil Bilikləri - İngilis, Rus dili orta səviyyədə.

 

                           Texniki/Nəzəri biliklər

  • Texnoloji proseslərin aparılması qaydalarını bilməli.
  • İstehsalatın və İstehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli.
  • İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı.
  • Proses parametrlərinin keyfiyyət parametrlərinə təsiri ilə lazımi düzəldici və önləyici fəaliyyətləri bacarmalı.
  • Avtomatik, elektronik, pnevmatik, hidrovlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli.
  • Prosesin xətlərinin yuyulması qaydalarını bilməli.
  • İş təhlükəsizliyi-İşçi sağlamlığı, sanitariya və Ekologiyanın Mühafizəsi tədbirlərini bilməli.
  • Prosesin tələbatına görə digər bölmələrlə əlaqə qurmağı bilməli.

                                                                                                                                     Əmək funksiyası

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək.
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podratçı təşkilatlar ilə planlar (qrafikləri) razılaşdırılır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, maşın və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək.
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək.

Biz nə təklif edirik:

  • İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat
  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Servis xidməti: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
  • İş mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət