Təchizat planlaması üzrə mütəxəssis\baş mütəxəssis

Müəssisə:  BAZARSTORE MMC

 

   

Tələblər: 

  • Ali təhsilli olmalı, İqtisadiyyat və ya mühəndislik üzrə təhsil almış olmalı.
  • Sahə üzrə  1-3 il iş təcrübəsi
  • MS office, SAP, BW, POWER BI proqramlarını bilməli
  • Riyazi məntiq və analitik biliklərə sahib olmalı
  • İş təqib etmə qailiyyəti olmalı
  • Məsuliyyətli, nizamlı, iş disiplini olmalı
  • Pərakəndə təcrübəsi arzuolunandır


Vəzifə öhdəlikləri:

  • Tədarükçülərə sifarişlərin verilməsi, təqibi. Sifariş qarşılamama səbəblərinin öyrənilməsi və digər əlaqədar şöbələrin məlumatlandırılması
  • Sifariş qarşılama hesabatlarının POWER BI - də hazırlanması, periodik olaraq güncəllənməsi 
  • Ehtiyaca uyğun olaraq analitik hesabatların və digər hesabatların hazırlanması.
  • Portfel analizlərinin edilməsi (satıcı, mağaza, məhsul qrupları üzrə)
  • Yavaş hərəkət edən mal qalıqları, ölü mal qalıqları (dead stock), artıq mal qalıqları (over stock), stok out analizlərinin aparılması və azaldılması üçün müntəzəm çalışmaların edilməsi,
  • Mal qalıqlarının dövriyyəsi (stock turnover), stock aging, availability (məhsul mövcudluğu), OTIF (tam və zamanında qarşılama) və s. kimi analiz hesabatlarının hazırlanması, paylaşılması, davamlı təqibi və təkmilləşdirilməsi üçün təklif və tədbirlərin görülməsi
  • MRP iş proseslərinin incələnməsi, təkmilləşdirilməsi və lazımi aksiyonların alınması
  • Tədarükçülər ilə müntəzəm olaraq görüşmələrin təşkil edilərək tədarük zənciri əməliyyatlarının təkmilləşdirilməsi
  • Anbarda hərəkəti olmayan məhsulların müntəzəm olaraq hesabatlarının hazırlanması və lazımi tədbirlərin alınması
  • MRP İllik planına uyğun olaraq MRP-yə daxil ediləcək tədarikçülərin siyahısının alınması
  • Müəyyən məhsul qrubların növbəti aylar üçün proqnozların (forecast) hazırlanması, S&OP iclaslarıın yerinə yetirilməsi və nəticələrinin davamlı təqibi.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;

  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Təchizat planlaması üzrə mütəxəssis\baş mütəxəssis Bazarstore” qeyd etməyiniz xahiş olunur.