Təmirçi çilingər

Müəssisə:  Şamaxı Dairy Farm MMC

Tələblər:

- Müəssisənin təmir-baxım strategiyasını və bununla bağlı qaydaları bilmək

- Dövlət standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilmək

- Avadanlıq, təchizat və ehtiyat hissələri konstruktiv xüsusiyyətlərini bilmək

- Ehtiyat hissələr üçün minimum ehtiyat miqdarını bilmək

- İşçi Sağlığı və Təhlükəsizliyi, Ekologiyanın Mühafizəsi tədbirlərini bilmək

 

İş haqqında məlumat: 

 

- Yeni avadanlıqların quraşdırılması və ya rekonstuksiya işlərində montaj və demontaj işlərini icra etmək

- Təmir baxımları icra edərək lazımı analizlər aparıb, təmir sayını azaldacaq qabaqlayıcı təkliflər vermək

- Ehtiyat hissələri və texniki materialların daha uzun ömürlü istifadə edilməsi üçün təkliflər vermək

- Ehtiyat hissələrinin vaxtından erkən sıradan çıxmalarına nəzarət edərək dəyərləndirmə aparmaq və Baş mexaniki təchizatçılar haqqında məlumatlandırmaq

- Qida təhlükəsizliyi ilə əlaqədar problemləri aradan qaldırmaq üzrə islah fəaliyyət başlamaq / tələb etmək

- Üst rəhbərliyin verdiyi əmrlər istiqamətində işlərini davam etdirmək, məsuliyyəti içərisindəki bütün əməliyyatları firma mənfəətləri istiqamətində təsirli və məhsuldar bir şəkildə yerinə yetirmək

- Əməyin mühafizəsi və təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək

- Əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan həyat üçün təhlükəli mənbələrdə iş görməmək

- Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək

- Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Təmirçi-Çilingər (Kürdəmir)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.

 

İş Qrafiki:

- Növbəli iş qrafiki 
- Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

 

İş Yeri: Kürdəmir

 

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.