Texniki Sahə Mütəxəssisi
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.
Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.
İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.
Ümumi Tələblər
- Avtomatika, Elektrik, Mexanika və ya bənzər texniki ixtisas üzrə ali texniki təhsil.
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Texniki sənədləri oxumaq üçün rus və/və ya ingilis dili biliyi.
- MS Office, e-mail və kompüterlə sərbəst işləmə, internet üzərindən texniki araşdırma aparma bacarığı.
- PID və elektrik sxemlərini oxuma və texniki qərarlar vermə bacarığı.
- Avadanlıqların texniki istismarı, təmir-baxımı və avtomatika sistemləri üzrə dərin biliklər.
- İdarəetmə, təşkilatçılıq, nəzarət və problemlərin operativ həlli bacarığı
İş Haqqında Məlumat
- Texniki avadanlıqların dayanıqlı, təhlükəsiz və fasiləsiz işləməsini təmin etmək.
- Texnoloji proseslərdə yaranan nasazlıqları analiz etmək, səbəblərini aradan qaldırmaq və önləyici tədbirlər görmək.
- Avadanlıqlar üzrə planlı texniki xidmət, profilaktik və cari təmir işlərinin təşkilini və icrasını təmin etmək.
- Yeni layihələrin, modernizasiya və avtomatlaşdırma işlərinin həyata keçirilməsini təşkil etmək.
- Maşın və cihaz parkının yenilənməsi üzrə təkliflər hazırlamaq və tətbiq etmək.
- Tabeliyində olan texniki personalın iş bölgüsünü aparmaq və fəaliyyətinə nəzarət etmək.
- İllik kalibrasiya qrafikinin icrasına nəzarət etmək.
- Avadanlıqların istismar qaydalarına və təhlükəsizlik təlimatlarına əməl olunmasını təmin etmək.
- Texniki təmir və sınaq işlərinin təsdiq olunmuş sənədlərə uyğun, vaxtında və keyfiyyətlə aparılmasına nəzarət etmək.
- Avadanlıqların avtomatika elementlərinin parametrlərinə nəzarət etmək və test yoxlamaları aparmaq.
- Texniki imkanların genişləndirilməsi məqsədi ilə avadanlıqlara əlavə qurğuların qoşulma imkanlarını araşdırmaq.
- Görülmüş texniki işlər üzrə müvafiq sənədləşməni və qeydiyyatları aparmaq
İş Qrafiki: Həftə içi 5 gün
İş yeri: Sumqayıt şəhəri
🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Texniki Sahə Mütəxəssisi– 28723” qeyd etməyiniz xahiş olunur.