Talep No:  28290

Texniki sahə mühəndisi

Müəssisə: 

 

Azərsun Holdinq MMC

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida və qeyri qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, bu gün regionun ən dinamik və gələcəyə yönəlmiş şirkətlərindən biridir.

Azersun Holding olaraq, biz davamlı biznes prinsiplərinə əsaslanaraq bu gün və gələcək nəsillər üçün dəyər yaratmağı hədəfləyirik.

İstehlakçılarımız, müştərilərimiz və tərəfdaşlarımızla həyatın dəyərli anlarını paylaşır, gündəlik həyatı yaxşılaşdıran etibarlı brendlər və innovativ məhsullar təqdim edirik.

Tələblər:

  • Ali təhsil (Avtomatlaşdırma sahəsi üzrə)
  • Qeyd olunan vəzifə üzrə minimum 2 il iş təcrübəsi 
  • Texniki heyətin idarə olunması və təlimatlandırılması üzrə təcrübə (üstünlükdür)
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və sanitariya-gigiyena qaydaları üzrə biliklər
  • Ehtiyat hissələri, stok idarəetməsi və minimum ehtiyat səviyyələrinin hesablanması üzrə biliklər

 

Vəzifə öhdəlikləri:

• Proseslərdə istifadə olunan bütün alət və avadanlıqların təhlükəsiz, səmərəli və estetik şəkildə montajını, yerləşdirilməsini və istismarını təşkil etmək,

• Yeni quraşdırılacaq alət və avadanlıqların dizaynında, layihələndirilməsində, yerləşdirilməsində, montaj və demontaj işlərində, həmçinin proses dəyişiklikləri zamanı prosedur və iş təlimatlarının hazırlanmasında iştirak etmək,

• Alət və avadanlıqların layihəyə uyğun qurulmasını, istismara verilməsini və texniki uyğunluğunu təşkil etmək və nəzarətdə saxlamaq,

• Bütün avadanlıq və qurğular üzrə inventar siyahısını aparmaq, texniki kataloqları və ehtiyat hissələri siyahılarını hazırlamaq, sənədləşdirmək və arxivləşdirmək,

• Proseslərdə istifadə olunan maşın və avadanlıqların düzgün işləməsinə və sınaqdan keçirilməsinə nəzarət etmək, planlı təmir-baxım proqramlarını hazırlamaq və icrasını təmin etmək,

• Avadanlıqların aşınma müddətini nəzərə alaraq ehtiyat hissələrinin minimum stok səviyyəsini izləmək, kritik həddə çatan hissələr üzrə sifarişlərin açılmasını və təqibini həyata keçirmək,

• Təmir-baxım proseslərini təhlil edərək nasazlıqların kök səbəblərini müəyyən etmək, təmir sayını azaldacaq düzəldici və qabaqlayıcı tədbirlər üzrə təkliflər vermək,

• İstehsal proseslərinin səmərəliliyini artırmaq, tullantıları azaltmaq və məhsul keyfiyyətini yüksəltmək məqsədilə texniki araşdırmalar aparmaq, innovativ və iqtisadi həllərin tətbiqində iştirak etmək,

• Lazım olan texniki ehtiyat hissələri və mexaniki materiallar üzrə texniki kartları hazırlamaq, rəf ömrünü nəzərə alaraq sifarişləri açmaq və izləmək,

• İstehsal planına uyğun olaraq texniki personalı təlimatlandırmaq, istiqamətləndirmək və nəzarətdə saxlamaq, işçilərin bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirmək,

• Texniki sənədləşmənin Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə uyğun aparılmasını, məxfi saxlanılmasını və arxivləşdirilməsini təmin etmək,

• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, riskli halları və baş verən hadisələri dərhal rəhbərliyə bildirmək və rəhbərliyin tapşırıqlarını şirkət maraqlarına uyğun icra etmək.

 

İş Qrafiki: Həftə içi 5 gün

İş yeri: Bakı şəh., Xəzər rayon, Binə qəsəbəsi

Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı

🍽️ Nahar şirkət tərəfindən təmin olunur
🚌 Nəqliyyat dəstəyi mövcuddur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Texniki sahə mühəndisi– 28290” qeyd etməyiniz xahiş olunur.