Ticari Marketinq üzrə Bölmə rəisi (Paxlalı, hazır qida və donmuş məhsul kateqoriyası üzrə)
Vakansiya: Ticari Marketinq üzrə Bölmə rəisi (Paxlalı, hazır qida və donmuş məhsul kateqoriyası üzrə)
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsili olmalı;
- FMCG sahəsi üzrə 5 ildən artıq il iş təcrübəsi olmalı;
- Analitik təhlil,strateji düşünmə,statistic,riyazi biliklər və problem həlletmə,idarəetmə bacarığı
- MS office proqram paketini yaxşı səviyyədə bilməli;
- Dəqiqlik,nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı
Vəzifə Öhdəlikləri:
- Rəhbərlikdən gələn təlimatların komandaya ötürülməsi və həyata keçirilməsini təmin etmək
- İllik büdcələrin bölünməsi və icra olunmasına nəzarət edilməsi
- Günlük, aylıq, rüblik və illik kanallar arası büdcə hədəflərinin reallaşması və xərclərin yoxlanılması
- Sahə fəaliyyətlərinin tərtib edilməsi və tədbiq edilməsi
- Layihə təkliflərinin verilməsi və komanda şəklində icra olunmasını təmin edilməsi
- Bazar dinamikalarının, rəqabətin analiz edilməsi və uyğun tədbirlərin alınmasına nəzarət və bununla bağlı rəhbərliyə hesabatın verilməsi
- Kateqoriyanın verdiyi strategiyaların tədbiq olunması və satışla konsensus saxlanılması
- Mağaza daxili performansın ölçülməsi və dəyərləndirilməsi
- Mağaza daxili tədbirlərin planlaşdırılması
- Aylıq, rüblik, illik tədbirlər planlarının hazırlanması və tədbiq olunması
- Satış və məhsul qrupunun arasında komunikassiya yaratmaq
- Aylıq satış hərəkətləri, məhsuldarlıq, sahə performansı, satış rəqabət məlumatlarının analizi və aydiyyəti bölmələrlə paylaşılması
- Yeni məhsulların bazarda yerləşdirilməsi və satış öncəsi satınalma nöqtəsi və satışa dəstək olacaq alətlərin kateqoriya və satışla koordinasiyalı şəkildə hazırlanması
- Sahə ziyarətləri və ziyarət sonrası hesabatların hazırlanaraq tədbirlərin alınmasının təmin edilməsi
- Aylıq portfel hesabatlarının hazırlanması və rəhbərə təqdim olunması
- Komandanın verilən tapşırıqları zamanında və keyfiyyətli şəkildə icra etməsinin təmin edilməsi
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Ticari Marketinq üzrə Bölmə rəisi (Paxlalı, hazır qida və donmuş məhsul kateqoriyası üzrə)” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki:
Həftə içi 5 gün
İş Yeri:
Bakı şəhəri
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.