Ticari Marketinq Bölmə rəisi (Yağ, sous, duz kateqoriyası üzrə)

Müəssisə:  SUN FOOD MMC

Vakansiya: Ticari Marketinq üzrə Bölmə rəisi (Yağ, sous, duz kateqoriyası üzrə)


Tələblər:  

 

  • Müvafiq sahə üzrə ali təhsili olmalı;
  • FMCG sahəsi üzrə 5 ildən artıq il iş təcrübəsi olmalı;
  • Analitik təhlil,strateji düşünmə,statistic,riyazi biliklər və problem həlletmə,idarəetmə bacarığı
  • MS office proqram paketini yaxşı səviyyədə bilməli;
  • Dəqiqlik,nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı

.
 

Vəzifə Öhdəlikləri:
 

    • Sahə fəaliyyətlərinin tərtib edilməsi və tədbiq edilməsi
    • Layihə təkliflərinin verilməsi və komanda şəklində icra olunmasını təmin edilməsi
    • Bazar dinamikalarının, rəqabətin analiz edilməsi və uyğun tədbirlərin alınmasına nəzarət və bununla bağlı rəhbərliyə hesabatın verilməsi
    • Kateqoriyanın verdiyi strategiyaların tədbiq olunması və satışla konsensus saxlanılması
    • Mağaza daxili performansın ölçülməsi və dəyərləndirilməsi
    • Mağaza daxili tədbirlərin planlaşdırılması
    • Aylıq, rüblik, illik tədbirlər planlarının hazırlanması və tədbiq olunması
    • Satış və məhsul qrupunun arasında komunikassiya yaratmaq
    • Aylıq satış hərəkətləri, məhsuldarlıq, sahə performansı, satış rəqabət məlumatlarının analizi və aydiyyəti bölmələrlə paylaşılması
    • Yeni məhsulların bazarda yerləşdirilməsi və satış öncəsi satınalma nöqtəsi və satışa dəstək olacaq alətlərin kateqoriya və satışla koordinasiyalı şəkildə hazırlanması
    • Sahə ziyarətləri və ziyarət sonrası hesabatların hazırlanaraq tədbirlərin alınmasının təmin edilməsi
    • Aylıq portfel hesabatlarının hazırlanması və rəhbərə təqdim olunması


Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
 Email-in mövzu hissəsində “Ticar
i Marketinq üzrə Bölmə rəisi (Yağ, sous, duz kateqoriyası üzrə) qeyd etməyiniz xahiş olunur.

İş Qrafiki:
Həftə içi 5 gün

İş Yeri:
Bakı şəhəri

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.