Təmirçi çilingər (İstehsal sahəsi)
Tələblər
- 25-45 yaş aralığında kişilər;
- Texniki sahə üzrə ən az orta-ixtisas təhsilli olmalı;
- İstehsalat sahəsində təmirçi, sazlayıcı-çilingər olaraq ən az 2 illik iş təcrübəsi olmalı.
- Mexanika, hidravlika və penvmatika sistemlərini bilməli;
- Təmir, yığma və sazlama işlərinin texniki şərtlərini bilməli;
İş haqqında məlumat
● Dəzgah və maşınların təmiri və günlük nəzarəti həyata keçirmək;
● Maşınlarda ortaya çıxan mexaniki və texnoloji problemləri ən qısa zamanda həll edərək, istehsalın ləngiməsinin qarşısının alınması;
● Təmir və yoxlama işləri üçün lazım olan alətlərin olub olmadığının yoxlamaq, əgər alətlər əksikdirsə və ya yoxdursa, sifariş verilməsi üçün baş mexanikə məlumat vermək;
● Maşın təchizatlarının, nasosın və cihazların montajını, demontajını və işlək vəziyyətə gətirilməsini hazır plan əsasında həyata keçirilməsi və görülən işlərin müvafiq xidmət tələb formuna qeyd edilməsi;
● Hər görülən işin xidmət tələb formuna qeyd edilməsi, edilən işlərin baş mexanikə və ya Texniki İşlər müdirinə təslim edilməsi;
● İş sonunda baş mexanikə görülən işlər və nəticələr haqqında məlumat vermək;
● Sahələr üzrə təchizat və bütün növ təmir və sazlama işlərini görmək;
● Kompressor-Qazanxana sahəsində olan təchizatların (Hava, su, qaz) təmirini həyata keçirmək;
İş şəraiti
3 növbəli iş rejimi
Yemək təminatı
İşə gediş-gəliş üçün servis təminatı
İş yeri: "Bakı Qida və Yağ Fabriki" MMC
Ünvan: Sumqayıt şəhəri,Hacı Zeynalabdin Tağıyev qəsəbəsi,“ Azərsun Sənaye Parkı”
"Bakı Qida və Yağ Fabriki" MMC-nin geniş istehsal dairəsi vardır. Dünya bazarlarının çoxunu fəth etmiş "Teksun", "Final", "Super Sun", "Paşa", "Aysun" yağlarının 1996-cı ildən Bakıda istehsalı başlanılıb. "Bakı Qida və Yağ Fabriki" MMC-də yenidənqurma işlərinin aparılması və avadanlığın tam müasir tələblərə uyğunlaşdırılması buna zəmin yaratmışdır.
Burada “əl dəyməyən” texnologiya ilə yüksək keyfiyyətli yeyinti yağları istehsal edilir. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemləri qurulmuşdur. Bu yeni sistem ətraf mühitə heç bir zərər vermədiyi kimi, ən yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsini də təmin etməkdədir.
Zavod ən yüksək standartlara uyğun duru və bitki yağları müxtəlif dövlətlərin mükafat və diplomlarına layiq görülüb, bir çox sərgi və müsabiqələrin qalibi olmuşdur.