Satış üzrə Bölmə rəisi
Vakansiya: Satış üzrə Bölmə rəisi
Tələblər:
• İqtisadiyyat sahələrində ali təhsilli olmalı
• Qida və ya Qeyri qida satış və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır
• MS Office proqramında baza bilikləri olmalı
• B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı
• Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlis danışma bacarığı olmalıdır
• Liderlik qabiliyyəti olmalıdır
Vəzifə Öhdəlikləri:
• Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
• Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
• Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.
• Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
• Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
• Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
• Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
• Müştəri üzrə məhsul penetrasiyasının aylıq kontrolu lazım olduqda raport vermək.
• Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
• Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.
• Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
• Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
• Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.
• Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.
• Yeni işçilərin şirkət prosedurlarına uyğun olaraq həm bazarda, həm də ofis daxilində tədrisinin təşkili.
• Ekspeditorlar və baş ekspeditorlar üzrə ərazi bölgüsünün edilməsi, lazımi hallarda ərazi məlumatlarına dəyişiklik edilməsi.
• İşçilərin geyim qaydalarına və işə davamiyyətinə nəzarət etmək.
• İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.
• Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək. Müştərilərdəki borcların alınması
İş qrafiki: Həftə içi 5 gün
İş yeri: Xaçmaz şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satış üzrə Bölmə Rəisi” qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir