İnsan resursları və inzibati təsərrüfat üzrə mütəxəssis
Müəssisə:
AZƏRSUN KƏND TƏS. MƏH MMC
İşin təsviri
Tələblər:
- İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
- Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
- MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
- AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Miqrasiya məcəlləsini bilməli;
İş haqqında məlumat:
- Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
- İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
- Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
- Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ İnsan resursları üzrə mütəxəssis ( Zaqatala) ” qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki:
- Həftə içi 5 gün, 09:00-18:00
İş Yeri:
- Zaqatala rayonu
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.