Elektrik mütəxəssisi
Tələblər:
-
Ali təhsil (elektrik, energetika və ya əlaqəli sahələr üzrə);
-
Elektrik və avadanlıqların texniki istismarı sahəsində minimum 1 il iş təcrübəsi;
-
Elektrik avadanlıqlarının, şitlərin, mühərriklərin və kabel sistemlərinin iş prinsipi barədə biliklər;
-
Elektrik sxemlərini oxuma və tətbiqetmə bacarığı;
-
Təhlükəsizlik qaydaları və əməyin mühafizəsi üzrə biliklər;
-
Elektrik ölçü cihazlarından istifadə bacarığı;
-
Yüksək məsuliyyət, diqqətlilik və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-
Hər gün işə başlarkən görüləcək işlər barədə rəhbərdən lazımi təlimatları almaq;
-
Şirkətdaxili nizam-intizam qaydalarına düzgün əməl etmək;
-
İş yerini təmiz və səliqəli saxlamaq, sanitar-gigiyena qaydalarına riayət etmək;
-
Elektrik avadanlıqlarında yarana biləcək problemləri öncədən müəyyən edərək, qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək;
-
Elektrik sistemlərinin, makina və avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
-
Avadanlıqlarda detal və komponentlərin dəyişdirilməsi zamanı işin keyfiyyətli və təhlükəsiz icrasına nəzarət etmək;
-
Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək;
-
İşini özünün və digər əməkdaşların təhlükəsizliyini təmin edəcək şəkildə icra etmək, icazəsiz təhlükəli işlər görməmək;
-
Verilmiş xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etmək;
-
Əməyin mühafizəsi qaydalarının pozulması, qəza və bədbəxt hadisələr barədə rəhbərliyə dərhal məlumat vermək;
-
Qida təhlükəsizliyi tələblərinə uyğun şəkildə iş prosesində yarana biləcək risklərə qarşı məsuliyyət daşımaq.
İş vaxtı:
-
5 günlük iş rejimi
-
İstirahət günləri: Şənbə və Bazar
Əmək haqqı və üstünlüklər:
-
Əmək haqqı: Razılaşma yolu ilə
-
Nahar xidməti şirkət tərəfindən təmin olunur
İş yeri:
Azərbaycan Şəkər İstehsalat Birliyi MMC
İmişli rayonu
Müraciət:
Tələblərə cavab verdiyiniz halda, CV-nizi cv@azersun.com elektron poçt ünvanına göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Elektrik mütəxəssisi (İmişli) – 27726” qeyd etməyiniz xahiş olunur.