İnşaat layihə mühəndisi
Müəssisə:
QAFQAZ KONSERV ZAVODU MMC
Vakansiya: İnşaat layihə mühəndisi
Tələblər:
- İnşaat mühəndisliyi sahəsində ali təhsil.
- Müvafiq sahəyə uyğun konstruktor olaraq ən az 5 il iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
- Layihə sənədlərinin hazırlanması: Texniki təsvirlərin, diaqramların və spesifikasiyaların yaradılması və uyğunlaşdırılması.
- Komanda işinin koordinasiyası: Müxtəlif şöbələr və layihə üzərində işləyən mütəxəssislər arasında qarşılıqlı əlaqənin təşkili.
- Keyfiyyətə nəzarət: Görülən işlərin FHN standartlarına və tələblərinə uyğunluğunun yoxlanılması.
- Texniki problemlərin həlli: Layihənin həyata keçirilməsinin bütün mərhələlərində yaranan texniki çətinliklərin təhlili və aradan qaldırılması.
- Resursların idarə edilməsi: Layihənin optimal icrası üçün maddi, maliyyə və insan resurslarının ayrılması.
- Dəmir - Beton-Metal konstruksiya layihələrindən anlayışı olmalı.
- Proqramlar: Bütün MS Office proqramları,PowerPoint, AutoCAD, Tekla Structure.
- Arzu olunan proqramları bilənlərə üstünlük veriləcək: Lira 10.8, Lira-SAPR, Sap2000
İş haqqında məlumat:
- Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
- Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
- Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
- Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
- Metal konstruksiya , dəmir beton konstruksiya , taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
- Müxtəlif mexanizm və qurğuların, ştampların və presformaların 3D modelləşdirilmə layihələrini işləyib hazırlamaq;
- 2D cizgiləri hazırlamaq və arxivləşdirmək;
- Nümunəvi detal və ya mexanizmləri ölçmək və cizgilərini işləmək.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnşaat layihə mühəndisi " qeyd etməyiniz xahiş olunur.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnşaat layihə mühəndisi " qeyd etməyiniz xahiş olunur.