26.09.2014 Azersun Holdinq Azərbaycan Texnologiya Universitetində seminar keçirmişdir

26.09.2014 tarixində, Azersun Holding İnsan Resursları Departamentinin əməkdaşları Cahit Kutlu, İntiqam Qurbanov, AŞİB MMC-dən Şöbə Müdiri Anar Eminov və Elektrik Şöbəsinin müdiri Xəyal Sərdarov Azərbaycan Texnologiya Universitetində təşkil edilmiş seminarda iştirak etmişdirlər.

Seminardan əvvəl universitetin rektoru Akif bəy qonaqları öz iş otağında qəbul edərək üniversitetlə olan əlaqələrimiz haqqında ümumi bir fikir söyləmişdir. Akif bəy əlaqələrimizin daha da möhkəmlənməsi üçün universitetdə Azersun Holdinqə aid bir təqdimat otağının yaradılmasını təklif etmişdir.

Qısa bir söhbətdən sonra tələbələrlə görüş zalında Cahit Kutlu, "İş görüşməsinə gedərkən nələrə diqqət etmək lazımdır" mövzulu slaydı təqdim etmişdir. Xeyal bəy isə istehsalat prosesi və şəkərin emal edilməsi prosesi haqqında geniş məlumat vermişdir. Elektrik Şöbəsinin müdiri Anar bəy elektrik prosesi haqqında danışdıqdan sonra, Universitetin Təlim Tərbiyə İşləri Üzrə prorektoru Gülsüm xanım qonaqlara təşəkkür edərək tələbələrin böyük marağına səbəb olan görüşün əhəmiyyətindən danışmışdır.