Performans və Karyeranın İdarə Olunması

Azərsun  Holdinq  Performans idarə etməsi, əməkdaşlara onlardan nələrin tələb olunmasını,  hədəflərə çatmaq üçün nələr etmək lazım olduğunu,  inkişaf və təhsil ehtiyacının müəyyənləşdirilməsini, rəhbərləri ilə daha professional bir əlaqə qurmasını təmin etmə istiqamətində önəmli dəstək təmin edən bir vasitədir.  Rəhbərlik tərəfindən isə, əməkdaşı haqqında   konstruktiv və daha tərəfsiz geri bildirimlər verməsini, daha aktiv rəhbərlik etməsini, məsləki inkişafının daha rasional planlamasını, qurum hədəflərinin personal hədəfləri ilə bütünlük təşkil etməsi kimi önəmli funksiyaya sahibdir.

Performans dəyərləndirmə nəticəsində əldə edilən məlumatlar, karyera idarə edilməsi zamanı faktiki olaraq istifadə olunan vacib kriteriyalardandır. Kariyera İdarə Edilməsi, İnsan resursları mütəxəssisləri və department idarəçiləri tərəfindən, iş gücü ehtiyaclarını təmin etmə və çalışanların fərdi kariyera hədəflərinə çatmalarına fürsət vermə imkanını, həmçinin onların plan və strategiyalarını tətbiq etmələrini təmin edən prosesdir.

Performans Dəyərləndirmə Sistemi prosesimiz 2 əsas mərhələdən ibarətdir;

  • 360 Dərəcə Bacarıq Dəyərləndirmə
  • İş Hədəfləri Dəyərləndirməs

Performans sistemi vasitəsiylə çalışanların bacarıqları dəyərləndirilir. 360 Dərəcə tətbiqi ilə, çalışanın yalnız idarəçiləri tərəfindən deyil, öz işçiləri, komanda yoldaşları və müştəriləri tərəfindən də dəyərləndirilməsi aparılır və beləliklə də özü ilə bağlı daha obyektiv nəticə əldə edilməsi təmin olunur.

İş Hədəfləri Dəyərləndirmə sistemi vasitəsi ilə əməməkdaşların  Aylıq və İllik İş Hədəfləri Performansları ölçülür.

  • Aylıq Performans Dəyərləndirmə:Mütəxəssis   və ondan aşağı vəzifələrdə çalışanlara aid edilir. Bu əməkdaşlar bölmənin (şöbənin) iş hədəfləri icrasında qısa müddətli hədəf və vəzifələri hansı səviyyədə , necə yerinə yetirdiklərinə baxılaraq idarəçiləri tərəfindən yazılı hala gətirilmiş proses əsasında dəyərləndirilirlər. Bu prosesdə fərq yaradan işçilərə  maaşa əlavə olaraq Aylıq Performans Mükafatı verilir.
  • İllik Performans Dəyərləndirməyə əsasən yuxarıdan aşağıya doğru hədəf paylaşımında çalışanların ilin əvvəlində özlərinə verilən hədəflərin, il sonunda hansı səviyyədə həyata keçirildiyi dəyərləndirilir. İl boyu hədəflərlə bağlı inkişaf və dəyişikliklərə nəzarət edilir, ilin sonunda performans dəyərləndirmə nəticələri əsas götürülərək Performans Mükafatı verilir.

Öz yayılma arealının tələblərinə əsasən davamlı olaraq  olaraq böyüyən və sürətlə inkişaf edən Holdinqimizin inkişaf  fəlsəfəsinə uyğun hərəkət edən bütün işçilərin yeni kariyera imkanları əldə etmə şansları hər zaman yüksəkdir.
Bu sistemləri tətbiq etməkdə əsas məqsədimiz, əməkdaşlarımızın özlərini davamlı olaraq inkişaf etdirmələri, öz kariyera planlarını bilmələri və motivasiya olmalarını təmin etməkdir. Eyni zamanda personalın  güclü və zəif tərəflərini aşkarlamaq, həmçinin təhsil ehtiyaclarının  müəyyən edilərək yaxşı səviyyəyə çatdırmaq  da əsas hədəflərimiz arasındadır.