İnsan Resursları üzrə Kiçik Mütəxəssis (Sumqayıt)



Ümumi məlumatlar

• Ali təhsilli olmalı; (İqtisadiyyat, Sənayenin İdarə Edilməsi və s)
• Müvafiq sahədə iş təcrübəsi tələb edilmir, təcrübəsi olanlara üstünlük veriləcək;
• MS Ofiice proqramlarından istifadə etməyi bacarmalı;
• Təqdimat etmə bacarığı olmalı;
• Diqqətli və analiz etmə bacarığı olmalı;
• AR Əmək Qanunvericiliyinin bilməlidir.


İş haqqında məlumat

• Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
• İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
• Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.

• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
• Email-in mövzu hissəsində “İR üzrə kiçik mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.


İş şərtləri

Həftə içi 5 gün


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.



İş yeri
Bakı Qida və Yağ Fabriki

Qəbul ediləcək işçi sayı


Son müraciət tarixi
10.12.2021

Web ünvanı
https://hr.azersun.com/