Mexanik (Kürdəmir Süd Zavodu)



Ümumi məlumatlar

- 25-40 yaş arasında kişilər;
- Ali texniki və ya mühəndis-texniki təhsil
- Müəssisənin profilinə uyğun 3 ildən az olmayaraq iş stajı;
- Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini bilməli;
- Onların istismar qaydalarını, montaj və təmir metodlarını, defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu, təlimatların tərtib edilmə qaydasını bilməli;
- Avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını bilməli;
- Müəssisədə təmir xidmətinin təşkilini bilməlidir;


İş haqqında məlumat

- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək;
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik etmək.


İş şərtləri

9 saatlıq iş rejimi


Kürdəmir Süd Emalı Zavodu MMC



İş yeri
Kürdəmir rayonu

Qəbul ediləcək işçi sayı
1

Son müraciət tarixi
20.10.2017

Web ünvanı
http://https://hr.azersun.com/