Mühasib



Ümumi məlumatlar

• Maliyyə və ya İqtisadiyyat ixtisası üzrə ali təhsilli olmalı;
• 25-35 yaş arası olmalı;
• Ən azı 1 il iş təcrübəsi olmalı;
• Ingilis, Rus və Türk bilməli;
• MS Office, 1C, BTP, B1, B3 proqramlarını yüksək səviyyədə bilməli.


İş haqqında məlumat

• İlkin sənədlərin (Müqavilə, Kassa mədaxil/məxaric orderləri, Vergi hesab faktura, Qayimə faktura, YGB, AKT, Üzləşmə Aktı, Ödəniş tapşırığı) yoxlanılması;
• İlkin sənədlərin düzgün tərtib edilməsi, imza və tarixlərin düzgünlüyünü yoxlanılması;
• Qəbul edilmiş qayimə fakturalarda əks olunan məhsulun adının, miqdarının və qiymətinin yoxlanılması;
• Qəbul edilmiş qayimə fakturaların anbar mədaxili ilə üzləşdirilməsi;
• Vergi hesabatlarının BTP proqramı vasitəsi ilə vergi nazirliyinə təqdim etmək;
• Onlayn şəkildə DSMF və Statistika orqanlarına hesabatların (aylıq, rüblük və illik) təqdim edilməsi;
• Aylıq əmək haqqının hesablanması və ödənilməsi;
• Müəssisə tərəfindən çekilmiş xərclərin düzgün şəkildə bölüşdürülməsi;
• Əsas vəsaitlərin qəbul və ləğv edilməsi;
• Audit yoxlamaları zamanı lazımi hesabatların ve sənədlərin təqdim edilməsi, amortizasiyanın hesablanması;
• Yeni işə alınan xarici vətəndaşların dövlət rüsumlarının ödənilməsi ve hesabatlarının təqdim edilməsi;
• Kapital qoyuluşların düzgün hesablanması, bank faizlərinin hesablanması;
• Maliyyə qoyuluşların düz yönəldilməsi;
• Kassa və bank əməliyyatlarının aparılması;
• Günlük sənədlərin proqrama işlənməsi və hazırlanması;
• Mühasibat uçotunun hesablar planını bilməli.


İş şərtləri

9 saatlıq iş qrafiki


Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.



İş yeri
Abşeron Rayonu, Bakı Zığ Dairəsi,Heydər Əliyev Adına Hava Limanı Avtomobil Yolunun 22-Ci Kilometri

Qəbul ediləcək işçi sayı
1

Son müraciət tarixi
09.03.2018

Web ünvanı
https://hr.azersun.com/