Talep No:  27636

Hüquqşünas

Müəssisə:  SUN FOOD MMC

Tələblər:

 

  • Hüquq üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst, Rus və İngilis dilini yaxşı səviyyədə bilmək;
  • Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook) – yaxşı səviyyədə;
  • Analitik düşüncə və güclü təhlil qabiliyyəti;
  • İşin planlaşdırılması və təşkil edilməsi bacarığı;
  • Detallara diqqət, davamlı öyrənməyə və inkişaf etməyə meyillilik.

 

Vəzifə öhdəlikləri:

 

  • Mülki müqavilələrin layihələrini hazırlamaq, kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrinin qanunvericiliyə uyğunluğunu təmin etmək;
  • Müqavilə layihələri üzrə yarana biləcək ixtilafların həlli üçün müvafiq tədbirlər görmək;
  • Notariat təsdiqi və ya digər növ müqavilələrin dövlət qeydiyyatını təmin etmək;
  • Zəruri hallarda əmək münasibətləri ilə bağlı işçilərin işdən azad olunması və ya digər vəzifəyə keçirilməsi prosesində iştirak etmək;
  • İşçilərin üzərinə inzibati cərimələrin qoyulması zamanı qanunvericiliyə uyğunluğun təmin edilməsində İnsan Resursları rəhbərinə dəstək vermək;
  • Şirkət əməkdaşlarına hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhət vermək, hüquqi sənədlərin hazırlanmasında kömək göstərmək;
  • Məhkəmə mübahisələrinin hüquqi nöqteyi-nəzərdən həlli üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və s.);
  • Təşkilatın bütün siyasət və prosedurlarının tələblərinə riayət etmək və onların yerinə yetirilməsini təmin etmək;
  • Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Rəhbərliyə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və digər hüquqi sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;

 

Biz nə təklif edirik:

 

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov prospekti 2038
  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur.
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabət qabiliyyətli əməkhaqqı.

 

Müraciət qaydası:

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya  hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Hüquqşünas - 27636” qeyd etməyiniz xahiş olunur.